NAXÇIVAN-100
BEYNƏLXALQ KONFRANS

DƏVƏT MƏKTUBU

Dəyərli elm adamı!
22-23 oktyabr 2024-cü il tarixlərində keçirəcəyimiz Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan-100” mövzusunda Beynəlxalq Konfransında iştirakınızdan məmnun olarıq. Naxçıvan Muxtar Respublikasının yaranmasından günümzə qədərki dövrü əhatə edən tədqiqatların mühüm nəticələrinin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını Naxçıvana dəvət edirik. Elmi etikaya uyğun olaraq təqdim olunan orijinal tədqiqatların yer alacağı konfransımızda məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır. Konfransımıza dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,
“Naxçıvan-100” Beynəlxalq Konfransının təşkilat komitəsi
nmr100@ndu.edu.az
+994 60 426 49 19 (Əli Həşimov)








Mühüm məlumatlar

Mühüm məlumatlar

KONFRANSIN YERİ: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Qeydiyyat və mövzu adlarının göndərilməsi üçün son tarix:

07.10.2024

Tezis və ya tam mətin göndərilməsi üçün son tarix:


18.10.2024

Konfrans proqramının yayım tarixi:


15.10.2024

Konfransın keçirilmə tarixi:


22-23.10.2024

Konfrans kitabının yayım tarixi:


10.12.2024

Konfransın dili:


Azərbaycan, türk rus və ingilis dilləri

-Ödənişsiz iştirak
-Üz-üzə və online təqdimatlar
-Xülasə və tam məqalə nəşri
-İştirak sertifikatı

Mövzular

Mövzular

• Naxçıvan muxtariyyət dövrünün tarixi
• Muxtariyyət dövründə Naxçıvanda təhsil
• Muxtariyyət dövründə Naxçıvanda elm
• Muxtariyyət dövründə Naxçıvanın iqtisadiyyatı
• Muxtariyyət dövründə Naxçıvanda səhiyyə
• Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti
• Muxtariyyət dövründə Naxçıvanda ədəbiyyatşünaslıq və folklorşünaslığın inkişafı
• Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı
• Muxtariyyət dövründə Naxçıvanda kənd təsərüfatının inkişafı
• Muxtariyyət dövründə Naxçıvanda mədəniyyət
• Naxçıvanın muxtariyyəti beynəlxalq hüquq müstəvisində
• Naxçıvan Muxtar Respublikasının təbiəti
• Naxçıvan Muxtar Respublikasının turizm imkanları